Accessibility links

Parisdə iğtişaşlardan sonra dəymiş zərərlərin miqdarı ölçülüb


Bu gün Parisdə iğtişaşlardan sonra dəymiş zərərlərin miqdarı ölçülüb.

Restoranlar, mehmanxanalar və pərakəndə satış mərkəzlərinin ciddi təsirlərə məruz qaldığını deyən maliyyə naziri Bruno Le Mer ən ağır zərbənin Parisə dəydiyini bildirib.

Bəzi restoranlar 20-50%, pərakəndə satış mərkəzləri 20-40% tənəzzülə məruz qalıb. Mehmanxanalarda bronlamalar 15-25% azalıb.

Fransada yüksək vergilər və dizel qiymətlərinin artımına noyabrın 17-dən geniş etiraz aksiyaları baş qaldırıb.

Fransa prezidenti Emmanuel Makron dünən etiraz aksiyaları zamanı ziyan dəymiş Zəfər tağını ziyarət edib.

Daha əvvəl kabinetin təcili iclasını çağıran dövlət başçısı şəhərə Fransanın ən ağır iötişaşlarından bir gün sonra çıxıb.

Dekabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 133 adam xəsarət alıb.

Bundan başqa 400-dən çox aksiyaçının saxlandığı xəbər verilir.

XS
SM
MD
LG