Accessibility links

Qaz kəmərində partlayış baş verib [Video]


Qaz kəmərində partlayış

Dekabrın 27-də Bakı-Ələt avtomobil yolunun 43 kilometrlyində diametri 1000-2000 mm. olan qaz kəmərinin iki xəttində partlayış baş verib.

Partlayışdan sonra yanğın olub. Alovun söndürülməsinə başlanılıb. Yaxınlıqdakı yaşayış obyektlərinə təhlükə yoxdur. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Səngəçal terminalından Bakıya qazın daxil olduğu kəmərlə qaz verilməsini dayandırıb.

Partlayışın səbəbləri açıqlanmır. Lakin ekspertlər eyni vaxtda qaz kəmərinin iki xəttində də partlayışın baş verməsini kiçik nasazlıqla bağlı olmasına şübə ilə yanşır.

Hüquq mühafizə orqanları hələ partlayışın səbəbləri ilə bağlı məlumat yaymayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə bildirib ki, partlayış kompressor stansiyasındakı qaz kəmərində baş verib.

Onun sözlərinə görə, partlayış vaxtı kəmərdə qazın təzyiqi 125 atmosfer olub.

“Alov yaxınlıqdakı evlərə də sirayət edib. Adamlar evakuasiya olunub”, o qeyd edib.

Qeyri-rəsmi məlumatlara görə, xəsarət alanlar var.

XS
SM
MD
LG