Accessibility links

Ermənistan etirazçılarının liderinin saxlanılması görüntüləri [Video]


Bu gün səhər saatlarında Ermənistanda baş nazir Serj Sarkisyan ilə küçə etirazlarına rəhbərlik edən Nikol Paşinyan arasında görüş keçirilməli idi.

Görüş başlayandan bir neçə dəqiqə sonra Sarkisyan danışıqlar aparmaqdan imtina edərək, görüşü tərk etdi. Baş nazir müxalifəti qanuna riayət etməyə dəvət edib və müxalifətin təkliflərini “şantaj” adlandırıb.

Daha sonra polis küçə yürüşlərinə davam edən Nikol Paşinyanı həbs edib. Digər nümayişçilərə güc tətbiq edilib. Polis səs qumbaraları və rezin dəyənəklərdən istifadə edib. Rəsmi məlumata görə 49 nəfər saxlanılıb

XS
SM
MD
LG