Accessibility links

ABŞ vitse-prezidenti Mayk Pens Monteneqronun paytaxtında NATO-ya yeni üzv olan bu ölkəni alqışlayıb.

Bu kiçik Balkan ölkəsinə son on ildə səfər edən ilk yüksək səviyyəli Amerika rəsmisi Monteneqronun baş naziri Dusko Markoviçə ABŞ-ın bu regionda münasibətlərin yaxşılaşdırılmasına çalışacağını deyib.

Pens Moskvanın davranışından narahat olan Şərqi Avropa müttəfiqlərinə güvən verməyə həsr etdiyi səfərini başa vurmaq üzrədir.

Rusiya Monteneqronu özünə müttəfiq hesab edir. Lakin Moskva iyun ayında Monteneqronun NATO-ya üzv olmaq səylərinə qarşı çıxmaqda təqsirləndirilir.

XS
SM
MD
LG