Accessibility links

20 şagirdi bıçaqlayan oğlanın şəxsiyyəti müəyyən edilib


ABŞ-ın Pensilvaniya ştatında polis orta məktəbdə 20 şagirdi və təhlükəsizlik işçisini bıçaqlayan 16 yaşlı oğlanın şəxsiyyətini müəyyən edərək, həbs edib.

Rəsmilər Pttisburq şəhərindən 24 kilometr şərqdə Murrisvill şəhərində baş vermiş hadisədən sonra Aleks Hribalın dörd maddə üzrə qətl cinayəti və 21 maddə üzrə hücum cinayəti məsuliyyətinə cəlb edildiyini deyib.

Rəsmilər Hribalın iki bıçaqla silahlandığını və 1200 şagirdin təhsil aldığı Franklin regional orta məktəbində dərs başlamazdan bir neçə dəqiqə əvvəl şagirdlərə hücum etdiyini deyib.

Müəllimin köməkçisi onun qarşısını almağa və onu tərkisilah etməyə müvəffəq olub. Daha sonra polis zabiti Hribalın qollarını qandallayıb.

Xəstəxana sözçüsü hadisə qurbanının dördünün ağır yaralandığını, amma sağ qalacaqlarının gözlənildiyini deyib.

Kürək, qarın və sinələrindən yaralanmış hadisə qurbanlarından yeddisinin vəziyyəti ağırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG