Accessibility links

Pentaqon rəhbəri mülki əhali arasında ölüm hallarını azaltmaq üçün islahatlar haqda göstəriş verib


ABŞ-ın Müdafiə naziri Lloyd Ostin cümə axşamı Pentaqon rəsmilərinə çoxsaylı əsassız ölümcül insidentlərdən sonra hərbi zərbələr nəticəsində mülki əhali arasında ölüm hallarının sayını azaltmaq üçün islahatlar aparmaqla bağlı göstəriş verib.

“Mülki əhalinin müdafiəsi ABŞ-ın milli maraqlarına nail olmaq üçün gücdən effektiv, səmərəli və qətiyyətli istifadəsinə əsaslı şəkildə uyğundur” – deyə, Ostinin Müdafiə Departamentinin rəhbərliyinə verdiyi direktivində qeyd edilib.

"Bu, strateji və mənəvi baxımdan vacibdir" – deyə, o bildirib.

Ostin Pentaqon rəsmilərinə döyüş əməliyyatlarında mülki itkilərin necə azaldılması və qarşısının alınacağına dair plan hazırlamaq üçün 90 gün vaxt verib və deyib ki, Əfqanıstan və İraqdakı təcrübələr dərs almağa və mülki zərəri institusional şəkildə azaltmağa imkan verir.

Bu addım bir sıra insidentlərin Pentaqonun əməliyyatlarına kölgə salmasından sonra atılıb. Bunların ən sonuncusu 2021-ci ilin avqustunda ABŞ-ın Əfqanıstanda mövcudluğunun son günlərində Kabildə pilotsuz təyyarənin hücumu zamanı yeddi uşaq da daxil olmaqla, 10 nəfərin yanlışlıqla öldürüldüyü zaman baş verib.

Eyni şəkildə, ABŞ ordusu Nyu York Tayms qəzetinin 2019-cu ilin mart ayında İslam Dövləti qrupuna qarşı müharibənin son günlərində 70-ə yaxın mülki şəxsin ölümünə səbəb olan pis idarə olunan bombardman haqda məlumatından sonra pir vəziyyətdə qaımışdı.

Nyu York Tayms hərbçilərin bu insidentlə bağlı araşdırma və məsuliyyətdən yayındığı haqda məlumat vermişdi.

Ostinin bu qərarı mülki şəxslərin ölüm səbəbləri ilə bağlı araşdırmadan və Pentaqonun sifarişi ilə Rand Corp. təşkilatının hesabatının ABŞ ordusunun bu cür hadisələrlə mübarizə proseslərinin xoşagəlməz mənzərəsini göstərdikdən sonra verilib.

XS
SM
MD
LG