Accessibility links

Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq təhlükəsizlik yardımı ayırıb


ABŞ Müdafiə Nazirliyi cümə günü Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün Urkaynaya 300 milyon dollar dəyərində “təhlükəsizlik yardımı” etdiyini elan edib. Bu, Rusiya fevralın sonunda ölkyə hərbi müdaxilə edəndən bəri Vaşiqntonun Ukraynaya ayırdığı 1.6 milyard dollara əlavədir.

Bu paketə lazerlə idarə olunan raket sistemləri, dronlar, sursat, gecə görmə cihazları, taktiki təhlükəsiz rabitə sistemləri, tibbi ləvazimatlar və ehtiyat hissələri daxildir.

“Bu qərar Ukraynaya ABŞ-ın Rusiyanın seçdiyi müharibəni dəf etmək səylərini dəstəkləmək üçün Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır,” Pentaqonun sözçüsü Con Kirbi açıqlamasında bildirib.

ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Ukrayna ordusuna yardım etmək üçün “əlavə imkanları müzakirə ediblər.” Bu barədə Ağ Ev telefon danışığından sonra verdiyi bəyanatda bildirib.

Konqres martın ortalarında Ukrayna və NATO-nun Şərqi Avropadakı müttəfiqlərinə 13.6 milyard dəyərində humanitar və hərbi yardımın daxil olduğu qanun layihəsini təsdiq edib.

Bundan qısa müddət sonra Bayden Ukraynaya 1 milyard dollarlıq yeni təhlükəsizlik yardımı elan edib.

Birləşmiş Ştatların Ukraynaya verdiyi hərbi avadanlığın böyük bir hissəsi öz ehtiyatlarından gəlib.

Lakin cümə günü elan olunan 300 milyon dollar Pentaqonun müdafiə sənayesindəki tərəfdaşlarından hərbi texnika üçün yeni müqavilələrə xərclənəcək.

Açıqlamada elan olunan texnologiyalardan birinə əlavə Switchblade taktiki dronlardır.

“Kamikaze dronlar” adlanan Switchblade dronları operator tərəfindən hədəfi tapıb, hazır olduğunda partlatmaq üçün idarə oluna bilər.

Kirbi əlavə edib ki, “Birləşmiş Ştatlar da həmçinin ukraynalıları əlavə imkanlarla təmin etmək müttəfiq və tərəfdaşları ilə birlikdə işləyir.”

Daha sonra cümə günü axşamı The New York Times xəbər verib ki, ABŞ Zelenskinin tələbi üzərinə sovet istehsalı olan tankların müttəfiqlərindən Ukraynaya transferinə imkan yaradacaq.

Bu ilk dəfədir ki, ABŞ tankların transferinə yardım edib, baxmayaraq ki, bu transferə hansı ölkələrin və neçə tankın cəlb olunacağına dair təfərrüatlar paylaşılmayıb.

Məlumatda ABŞ rəsmisinə istinadən bildirilib ki, tanklar Ukraynaya şərqdəki Donbas regionunda Rusiya hədəflərinə qarşı uzun-mənzilli artilleriya hücumları etməyə imkan yaradacaq.

Həftələrdir davam edən döyüşlərdən sonra Moskva ötən həftə diqqətini Rusiyapərəst separatçıların iki müstəqil respublika elan etdiyi Donbası “azad etməyə” yönəldəcək.

Rusiya fevralın 24-də Ukraynaya qoşun göndərmədən qısa müddət öncə özünü Donetsk və Luqansk Xalq Respublikaları adlandıran bölgələrin müstəqillyini tanıyıb.

XS
SM
MD
LG