Accessibility links

Peru qanunvericiləri prezidentə qarşı impiçment prosesi başladıb


Peruda qanunvericilər korrupsiya ittihamları səbəbilə prezident Pablo Kuçinskiyə qarşı impiçment prosesini başladıb.

Müxalif qanunvericilər onun korrupsiya ittihamlarından sonra istefa çağırışlarına müqavimət göstərdiyi üçün ölkəni idarə etməyə yararsız olduğunu deyib.

Peru Konqresinin 130 üzvündən 27-i cümə günü keçirilən xüsusi sessiya zamanı prezidenti vəzifədən uzaqlaşdırmaq prosesini təsdiq edib.

Pedro Pablo Kuçinski cümə axşamı televiziyada yayımlanan çıxışında mübarizə aparacağına və istefa verməyəcəsinə söz verib. O, konsustasiya şirkətinin on il öncə ölkənin ən böyük korupsiya qalmaqalına cəlb olunan şirkətdən daha öncə açıqlanmayan ödəniş almasında yanlış heç nəyin olmadığını deyib.

Milli Konqresin prezidenti Luis Qalaretta
Milli Konqresin prezidenti Luis Qalaretta

Kuçinski deyib ki, adı qalmaqalallar qarışan Braziliyalı inşaat şirkəti Odebrecht-dən təxminən 800 min dollar alan sahibi olduğu konsultasiya şirkətində heç bir idarəçilik vəzifəsinə sahib olmadığını deyib.

Prezident Odebrecht ilə hər hansı əlaqəsinin olduğunu inkar edib.

Odebrecht ötən il on il boyunca onlarla ölkədə rəsmilərə rüşvət verdiyini etiraf etdikdən sonra Latın Amerikası boyunca siyasi qalmaqallara səbəb olub.

Perunun müxalif qanunvericiləri ölkə Konqresinin yarısında səslərin yarısından çoxuna sahibdirlər. Konqres prezidenti Qalaretta impiçment səsverməsinin gələn həftə baş tuta biləcəyini deyib.

XS
SM
MD
LG