Accessibility links

Kreml Consonun bəyanatını qeyri-məqbul adlandırır


Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Britaniya xarici işlər naziri Boris Consonun bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya Kuboku çempionatını nasist Almaniyasında 1936-cı ildə keçirilmiş Olimpiya Oyunları ilə müqayisə etməsi “ürəkbulandıran” və “qeyri-məqbuldur”.

Dmitri Peskov martın 22-də deyib: “Bu, tamamilə ürəkbulandıran bəyanatdır. Bu, bir ölkənin, hər hansı bir ölkənin xarici işlər nazirinə yaraşmayan bəyanatdır”.

Martın 21-də Britaniyanın xarici işlər naziri ölkə parlamentində aparılan müzakirələrdə Putinin futbol çempionatından Hitlerin 1936-ci il Olimpiadasından faydalandığı kimi faydalanacağını deyən millət vəkili ilə razılaşmışdı.

Conson demişdi ki, bu, tamamilə düzgün müqayisədir.

Britaniya xarici işlər naziri parlament komissiyası qarşısında çıxış edərkən demişdi ki, keçmiş casusun zəhərlənməsi ilə bağlı hadisənin izi Rusiya dövlətinə və onun başında duranlara aparır.

XS
SM
MD
LG