Accessibility links

Devid Petreas: Trampın dövlət katibi vəzifəsinə seçimini bəyənirəm


ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) sabiq derektoru və Amerikanın Əfqanıstandakı qüvvələrinin keçmiş komandiri Devid Petreas Amerikanın Səsinə Donald Trampın administrasiyasında nə kimi rol oynaya biləcəyini bilmədiyini deyib. Baxmayaraq ki, o, dövlət katibi vəzifəsi üçün nəzərdən keçirilirdi.

Petreas Trampın Tillersonu bu vəzifəyə nominasiya etməzdən öncə onunla yaxşı söhbət apardığını bildirib. Onlar Trampın seçkiqabağı kampaniyaları zamanı qaldırdığı məsələləri müzakirə edib.

Petreas danışıqları konstruktiv, müsbət və stimullaşdırıcı adlandırıb.

Tillersona dəstək

Petreas Trampın dövlət katibi vəzifəsinə seçimini bəyəndiyini və onun bu mövqeyə yenilik gətirəcəyini deyib.

Təqaüddə olan general bildirib ki, 4 ildir vəzifəsindən uzaqlaşmağına baxmayaraq, hələ də Mərkəzi Kəşfiyyat Agentliyi, Konqres üzvləri və ordu nümayəndələri ilə vaxtaşırı təmasda olur.

Tillerson
Tillerson

Petreas Yaxın Şərqdə İŞİD-in məğlubiyyəti üçün geniş-əhatəli kampaniyaya ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, terrorizmin məhvi bütöv bir nəslin işi olmalıdır.

Bir saata yaxın sürən müsahibəsi zamanı general Suriyanın gələcəyi, Çin və Tayvanla əlaqələr baxımından Tramp administrasiyasının diplomatiyası,habelə Əfqanıstan müharibəsi kimi sualları da cavablandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG