Accessibility links

FDA: COVID-19 peyvəndlərinin araşdırmalarına daha çox uşaq cəlb edilməlidir


ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) Pfizer və Moderna-dan COVID-19 peyvəndlərinin 12 yaşdan kiçik uşaqlar üçün təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək üçün klinik sınaqlarında məktəb yaşındakı uşaqların sayının artırılmasını istəyir.

İki dərman istehsalçısı hazırda peyvənd alan 30 yaşdan aşağı gənclərdə aşkar edilmiş nadir ürək iltihabı xəstəliklərinin inkişaf şanslarını qiymətləndirmək üçün 5-11 yaşlarındakı uşaqlarda müvafiq peyvəndləri sınaqdan keçirir. Sözügedən xəstəliklərə ürək əzələsinin iltihabı olan miokardit və ürək ətrafındakı qişanın iltihabı olan perikardit daxildir.

Bu tələb bu yaş qrupundakı uşaqlar üçün iki doza peyvəndin rəsmi təsdiqini təxirə sala bilər. Sınaqların başlanğıc mərhələsində təxminən 7000 uşağın iştirkanı təmin edən Moderna FDA-nın bu təklifini "fəal şəkildə müzakirə etdiyini" bəyan edib. Sınaqlarında 6 aydan 12 yaşa qədər 4500 uşağın iştirak etdiyi Pfizer sentyabr ayında 5-11 yaş qrupu üçün nəticələri gözlədiyini və qısa müddət sonra 2-5 yaş arası nəticələr alacağını bildirib.

Bayden administrasiyası bazar ertəsi COVID-19-un daha yoluxucu Delta variantının artması səbəbindən ABŞ-a mövcud səyahət məhdudiyyətlərini davam etdirəcəyini açıqlayıb. Çin də daxil olmaqla, Avropada və dünyanın digər yerlərində onlarla dövlətə qarşı məhdudiyyətlər ilk dəfə 2020-ci ilin yanvarında, pandemiyanın başlanğıcında qoyulmuşdu. Delta variantı 90-dan çox ölkədə aşkar edilmiş və ABŞ-da yeni COVID-19 yoluxmalarının 80%-dən çoxunu təşkil edir.

Səhiyyə işçiləri arasında icbari peyvəndləmə bazar ertəsi Nyu York şəhərinin polis məmurları və müəllimlər də daxil olmaqla, bütün bələdiyyə işçiləri üçün ya COVID-19 vaksini vurdurmaq, ya da həftəlik testdən keçməsi tələbini elan etməsi ilə daha da sürətlənib. Kaliforniya ştatı bütün işçilərinə və milyonlarla dövlət və özəl səhiyyə işçilərinə icbari peyvəndləmə sərəncamı verib.

XS
SM
MD
LG