Accessibility links

Nensi Pelosi Co Baydenin prezidentliyə namizədliyini rəsmən dəstəklədi


Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Demokrat Partiyasından prezidentliyə namizədliyini rəsmən dəstəklədyini bildirib.

Bazar ertəsi əvvəlcədən yazılmış video açıqlamasında Nensi Piloso Baydeni "ümid və cəsarətin təcəssümü" kimi xarakterizə edib. O, Baydenin 2009-cu ildə Amerika üçün əlverişli "Qayğı Aktı"nın qəbul edilməsində yardım etdiyini dilə gətirib və onun qlobal bir pandemiya şəraitində ölkəyə rəhbərlik etmək iqtidarında olduğunu deyib.

Onun bu çıxışı təəccüblü olmasa da, Pelosi demokratların ilkin seçki prosesində bitərəf qalmağa üstünlük verib, dəfələrlə noyabr ayında keçiriləcək seçkilərdə prezident Donald Trampı məğlub etməyin partiyanın əsas mükafatı olacağını vurğulayıb.

ABŞ-ın sabiq prezidenti Barak Obama da bu yaxınlarda Demokrat Partiyasını seçki öncəsi bir araya gətirmək üçün sabiq vitse-prezident Co Baydenin prezidentlik kampaniyasını dəstəklədiyini açıqlayıb.

Obama Ağ Evdə ona səkkiz il xidmət etmiş Baydenin 2020-ci il Demokratların yarışına girməsi və ard-arda mart ayından bəri ilkin seçkilərdə galib gəlməsinə baxmayaraq, neytrallığını saxlayırdı.

XS
SM
MD
LG