Accessibility links

Pinterest-dünyada ən sürətlə inkişaf edən veb səhifə (VİDEO)


Pinterest adlı yeni veb səhifə qadınlar arasında ən populyar sosial şəbəkələrdən birinə çevrilir. Veb səhifədə foto-şəkillərin yerləşdirildiyi lövhələr yaradılır.

Elizabet Freyzer Pinterest istifadəçisidir. O deyir ki, qadınlar üçün səyahət, moda və dekorasiya mövzularında lövhələrin yaradıldığı bir vebsaytı çox bəyənir. İki il bundan əvvəl yaradılmasına baxmayaraq, Pinterest milyonlarla qadının diqqətini cəlb edərək, ən sürətlə inkişaf edən veb səhifələrdən biridir.

Elizabet Freyzer deyir ki, adamlar burada daim yeni şəkillər yerləşdirir, ona görə də bu səhifə heç vaxt köhnəlmir.

Pinterestdən istifadə də çox asandır. İnternetdə hər hansı bir şəkli saytda yerləşdirmək olar. Şəkillər yaratdığınız lövhələrə sancaqlanır. Bəzi təsvirlər video, ya da bloqlara birləşdirilir.

Merilend ştatında yaşayan yazıçı Rebekka Kolman Pinterest səhifəsindən reklam üçün istifadə etməyə başlayıb. O, veb səhifədə yeni kitabını populyarlaşdırmaq üçün istifadə edib.

Rebekka Kolman deyir ki, səhifəni açan kimi kitabın satışı artmağa başlayıb və o, çox sayda kitab sata bilib.

Adamlar kitabı öz lövhələrinə sancaqlayan kimi Pinterest müəllifi elektron poçt vasisətilə xəbərdar edir.

Rebekka Kolmanın sözlərinə görə, onun dostları kitabı öz lövhələrinə yerləşdirdikdən sonra başqaları da kitabı görüb öz lövhələrinə yapıdırıb və beləliklə də kitab internet məkanında yayılıb.

Evdar qadın olan Ceymi Branson Pinterest səhifəsində öz rəfiqəsi ilə layihə yaradıb. Onlar foto-şəkillərdə göstərilən yeməklər və geyimləri hazırlayıb və istifadəçilərə məsləhətlər veriblər. Layihə adamları cəlb etməyə başlayıb.

Pinterest saytının inkişafını davam etdirə bilib-bilməyəcəyi, ya da istifadəçilərin ona marağı itirib-itirməyəcəyi məlum deyil. Pinterest ümidini istifadəçiləri ilə bağlayır.

XS
SM
MD
LG