Türkiyənin Diyarbakır vilayətində minlərlə kürd ötən həftə Fransada qətlə yetirilən fəalların dəfn mərasimində iştirak edib.Onlar qadınların cənazəsini daşıyan maşınları müşayiət edərək, həmrəylik şüarları səsləndirib.
Səkinə Cansız, Fidan Doğan və Leyla Söylemezin cəsədləri yanvar ayının 10-da Parisdəki Kürd İnformasiya Mərkəzində aşkar edilib. Səkinə Cansız Kürdüstan Fəhlə partiyası PKK-nın üzvüdür.
Mərasimdən sonra qadınların cənazələri torpağa tapşırılmaq üçün öz şəhərlərinə göndəriləcək.
Türkiyə qətllərin hökumətlə həbsdə olan PKK lideri Abdulla Öcalan arasında danışıqlarla əlaqəsi olduğunu bildirir. Kürd fəalları isə qətllərin türk ekstremistləri tərəfindən törədildiyini deyirlər.