Accessibility links

Qəzaya uğrayan EgyptAir təyyarəsinin qalıqları tapılıb


Axtarış gəmisi ötən ay Aralıq dənizində qəzaya uğrayan EgyptAir sərnişin təyyarəsinin qalıqlarının yerini müəyyən edə bilib. Təyyarə qəzası nəticəsində 66 nəfər həlak olub.

Misir təhqiqatçıları deyir ki, Deep Ocean Search adlı şirkət tərəfindən idarə edilən robot bir neçə ərazidə 3000 metr dərinlikdə təyyarənin hissələrini tapıb.

Airbus A320-nin qalıqlarını tapmaq üçün vaxt məhdud idi. Beləki təyyarənin qara qutusundan gələn siqnalın batareya ilə işlədiyindən səs yazılarının bu ayın axırı bitəcəyindən ehtiyat edilirdi.

Təyyarənin qara qutusu mayın 19-u Parisdən Qahirəyə uçan təyyarənin nə səbəbdən qəzaya uğramasının səbəbini öyrənməyə kömək edəcək. Hələlik qəzanın nə səbəbdən baş verdiyi məlum deyil.

Hadisəyə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməsə də, rəsmilər bunun terror hücumu olmasını istisna etmir.

Təyyarə radardan itməzdən bir qədər əvvəl təyyarədən qəbul edilən mesajda kabində tüstü, ayaq yolunda yanğın və kapitan otağının aşağısında təyyarənin idarə edilən cihazlarında nasazlıq müşahidə edildiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG