Accessibility links

Playboy jurnalının naşiri Hyu Hefner 91 yaşında vəfat etdi [Video]


1950-ci ildə, Hyu Hefner ilk Pleyboy jurnalını dərc edəndə dünya xeyli daha fərqli idi.

“Mən necə gözəl hisslərdə başladığımızı xatırlayıram. Həmin gün jurnalın ilk nüsxəsini əlimdə tuturdum. Mən anladım ki, bu biznesdə hələ uzun müddət olacayam. Çünki 1950-ci ilə jurnalın işinə başlayanda mənim pulum yox idi. Mənim bəzi dostlarımdan və qohumlarımdan aldığım borc yalnız ilk nömrə üçün kifayət idi.”

Həmin təvazökar başlanğıc sonradan impreriyaya çevrildi.

Pleyboy dörd onillik ərzində ən məşhur kişi jurnalı olmaqla, Hefneri zəngin etməklə yanaşı, həm də məşhur etdi.

Hollivudda öz ulduzu olacaq qədər məşhur.

“Jurnalın nəinki popular olacağacı, onun 60-cı illərin fenomeni olmaqla bərabər, dünyanı dəyişəcəyini kim təsəvvür edə bilərdi?

Popularlığını pikində jurnalın 7 milyon abunəçisi var idi.

Hefner daha sonra öz impresiyasını genişləndirdi və ölkənin müxtəlif nöqtələrində Pleyboy klubları açdı. Sonuncusu 1988-də bağlandı.

O həm də jurnalın beynəlxalq nəşrlərini regionların mənəvi dəyərlərini uyğunlaşdırmaqla də öz təsirini dünyanın müxtəlif ölkərinə qədər genişləndirdi.

“Məsələn İndoneziya nəşrində çılpaqlıq yoxdur. Daha çox həyat stili jurnalıdır. Mənim playboy haqqında ən çox sevdiyim şeylərdən biri odur ki, içində nə olduğuna baxmayaraq, o seks jurnalı deyil. Olsaydı, indiyədək davamlı olaraq popular qala bilməzdi.”

Onun həyat stilini jurnal səhifələrində əks etdirmək bacarığı Hefneri bir insanın ömürdən böyük bir fiqur etdi.

Amma o təkid edir ki, uğuru sadəcə sevdiyi işin etməsinin nəticəsidir.

“Öz arzularının dalınca qaç. Məncə bu, gənc olanda yaxşı həyat yaşamağın sirridir. Sənin arzun varsa, ətrafdan həmin arzudan çəkinməyinlə bağlı çoxlu təzyiqlər olacaq. Ən yaxşısı, heç nəyə baxmadan hər kəsin öz arzularına çatması üçün çalışmasıdır.”

Hyu Hefner 91 yaşında dünyasını dəyişdi.

XS
SM
MD
LG