Accessibility links

NASA-nın kosmik aparatı Pluton planetinə yaxınlaşıb


ABŞ-ın Yeni Üfüqlər (New Horizons) adlı planetlərarası kosmik aparatı Pluton planetini məsafədən ilk dəfə tədqiq etməyə nail olub. Saatda 50,000 km. sürətlə hərəkət edən kosmik aparat Plutonun 12,500 km-lik. məsafədən şəkillərini çəkib və planet haqda məlumat bazası toplamağa başlayıb.

ABŞ-ın fəza və aeronavtika agentliyi NASA kosmik aparatın Plutona çatdığı haqda məlumatı yarım gün keçdikdən sonra alacaq.

Missiyaya rəhbərlik edən alim Alan Stern deyib ki, kosmik aparatın Pluton ətrafında Koyper kəmərində yerləşən kosmik qırıntılarla toqquşması ehtimalı 10 000-də 1-dir. Koyper kəməri Günəş sistemində kometalar və başqa kosmik cisimlərin cəmləşdiyi "kosmik qalereya" adlanır.

2006-cı ildə kosmik səyahətə başlayan cihaz Günəş sistemində 5 milyard km. məsafə qət edərək 9 il sonra Pluton planetinə yaxınlaşıb. Alimlər deyir ki, 700 milyon dollar dəyərində olan kosmik aparat planetə yaxınlaşdıqca aydın olub ki, "cırtdan" planet adlandırılan Pluton əvvəl düşünüldüyündən daha daha böyükdür.

XS
SM
MD
LG