Accessibility links

Polşada koronavirusdan ölüm halları rekord həddə çatıb


Polşanın səhiyyə rəsmiləri cümə günü ölkənin milli stadionunda qurulan səyyar xəstəxanada ilk müalicələrin başladığı bir vaxt koronavirusdan ölüm hallarının rekord həddə çatdığını bildirib.

Hökumət son hesabatında 445 ölüm, 27 086 yeni yoluxma halının olduğunu bildirmişdi. Bu, pandemiya dövründə bir gündə ikinci ən yüksək göstərici idi.

Bu rəqəmlər Varşavanın Milli Stadionunda qurulan yeni səyyar xəstəxanada ilk xəstənin qəbulu ilə eyni vaxta təsadüf edib.

COVID-19 xəstələrinin sayının sürətlə artması Polşanı dünyanın ən çox yoluxan 20 ölkəsi sırasına qoyub.

Hökumətin hesablamalarına görə, 100 min nəfərdən 70-i yoluxursa və ya 30 min xəstə xəstəxanaya yerləşdirilirsə, ölkə təcridə məruz qalacaq.

Səhiyyə Nazirliyi səhiyyə sisteminin xəstəxana çarpayıları, avadanlıq və tibb işçiləri çatışmazlığı ilə üzləşdiyini bildirib.

Səhiyyə Nazirliyinin cümə gününə olan məlumatında deyilir ki, mövcud 29 407 COVID-19 xəstəsindən 19 479-u xəstəxanlara yatırılıb, mövcud 2 238 ventilyatordan 1 703-dən istifadə edilir.

XS
SM
MD
LG