Accessibility links

Pol Manafort WikiLeaks-in təsisçisi ilə görüşmədiyini deyir


ABŞ prezidenti Donald Trampın kampaniyasının sabiq sədri Pol Manafort Guardian qəzetinin onun WikiLeaks-in təsisçisi Culian Assanjla üç dəfə görüşdüyü və görüşlərdən birinin Trampın prezidentlik kampaniyası dövründə keçirilməsi barədə verdiyi məlumatın doğru olduğunu inkar edir.

Manafort bununla bağlı Guardian qəzetinə qarşı məhkəmə işi açmağı nəzərdən keçirir. WikiLeaks-də Manafortla görüşdüyünü inkar edir.

Assanj İsveçdə seks cinayəti ittihamları ilə əlaqədar həbs və ABŞ-a məxsus məxfi sənədləri içtimailəşdirməsi ilə əlaqədar mühakimə edilməkdən yayınmaq üçün Ekvadorun Londondakı səfirliyində qalır.

Manafort bir sıra maliyyə cinayətləri ilə əlaqədar hazırda həbsdədir və barəsində məhkəmənin qərarının çıxarılmasını gözləyir.

Xüsusi prokuror Robert Müllerin 2016-cı il ABŞ prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə araşdırmalarına Trampın kampaniyası ilə Rusiya və ya WikiLeaks arasında əlaqələrin müəyyən edilməsi də daxil idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG