Accessibility links

Pol Uilanın zaminə buraxılması haqda müraciəti rədd edilib


Rusiya məhkəməsi casusluqda ittiham edilən Amerika vətəndaşını zaminə buraxmamaq haqda qərar verib.

ABŞ və İngiltərə vətəndaşlığına malik və ABŞ-ın sabiq dəniz piyadası olan Pol Vilan Rusiya Federasiyasının Təhlükəsizlik Xidmətinin (FSB) bildirdiyinə görə, casusluq ittihamı ilə dekabrın 28-i həbs edilib. Onun konkret olaraq nədə təqsirləndirildiyi barədə məlumat verilməyib.

Pol Uilanın ailəsi onun günahsız olduğunu deyir.

48 yaşlı Pol Uilanın çərşənbə axşamı Moskva məhkəməsi qarşısına çıxaraq, məhkəmə prosesi davam etdiyi müddətdə həbsdən azad edilməsini tələb edib. Lakin hakim onun müraciətini rədd edib.

Məhkəmə binasının qarşısında Pol Uilanının rusiyalı vəkili Vladimir Zerebenkov məhkəmə prosesinin konstruktiv keçirildiyini təsvir edib və bildirib ki, Pola ona qarşı irəli sürülən ittihamları rədd etmək imkanı verilib.

Zerebenkov bildirib ki, Pol Uilanın məxfi informasiya qəbul etdiyi barədə xəbəri olmayıb.

“Pola dövlət sirri hesab edilən məxfi məlumat olan thumb drive gəlib. Pol isə əslində bir nəfərdən qeyri-məxfi məlumat gözləyirdi. Bu mədəniyyətlə əlaqədar məlumatlar idi, müqəddəs Pavel kilsəsinə səyahətlə əlaqədar idi” - deyə, Pol Uilanın vəkili bildirib.

Rusiyanın Pol Uilanın qarşılığında Kremlin agenti hesab edilən və Amerikada mühafizəkar siyasi hərəkata təsir göstərməkdə təqsirli bilinən rusiyalı Mariya Butinanın azad edilməsi ilə bağlı fərziyyələr irəli sürülüb. Butina ABŞ-da xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib.

Kreml Pol Uilanın mümkün məhbus mübadiləsi məqsədi ilə saxlanıldığı fikrinin doğru olmadığını bildirib.

XS
SM
MD
LG