Accessibility links

Polşa Rusiya və Belarusla sərhədini möhkəmləndirməyə 2,5 milyard dollar sərmayə qoyur


Baş nazir şənbə günü bildirib ki, Polşa Rusiya və onun müttəfiqi Belarusla sərhədində təhlükəsizliyi gücləndirmək üçün təxminən 2,5 milyard dollar pul xərcləyir.

Donald Task bildirib ki, hərbi istehkamların tikintisinin daxil olduğu Shield-East layihəsində üzrə işlərə artıq başlanılıb.Polşa NATO və Aİ-nin şərq cinahında yerləşir və Task onun Avropanın təhlükəsizliyinə görə əlavə məsuliyyət daşıdığını vurğulayıb.

“Biz təhlükəsizliyimiz və ilk növbədə təhlükəsiz şərq sərhədimizə təxminən 10 milyar zlotı sərmayə qoymağa qərar vermişik,” Task bildirib.

“Biz təhlükəsiz sərhədin tikintisi, o cümlədən istehkamlar sistemi və ərazinin formalaşdırılması, bu sərhədi potensial düşmən tərəfindən keçilməz edəcək ekoloji qərarlar layihəsini açırıq,” Task deyib.

“Biz Polşanın sərhədini dinc zamanlarda təhlükəsiz, müharibə zamanı isə düşmən üçün keçilməz etmək üçün bu işlərə başlamışıq,” o söyləyib.

Task müttəfiqlərin İkinci Dünya Müharibəsi zamanı Monte Kassino döyüşündə nasistlər üzərindəki qələbəsinin 80 illiyini qeyd etmək məqsədilə ölkənin cənubunda Krakovda Polşa əsgərləri önündə çıxış edib.

Polşanın bundan əvvəlki sağçı hökuməti 2021-ci ildə kütləvi miqrant axınının qarşısını lmaq üçün Belarusla sərhəddə 400 milyon dollarlıq divar inşa edib. Ancaq hazırkı Aİ-yönlü hökumət onun möhkəmləndirilməli olduğunu deyir.

Polşa Rusiyanın hərbi müdaxiləsinə qarşı müdafiə müharibəsində Ukraynanın sadiq müttəfiqidir.

Forum

XS
SM
MD
LG