Polşanın baş naziri bazar ertəsi Almaniya bu cür təchizatlara rəsmi icazə verməsə belə Polşanın Almaniya istehsalı olan tankları Ukraynaya göndərməyə hazır olan ölkələrdən ibarət koalisiya quracağını bildirib.
Mateuş Moraveski jurnalistlərə bildirib ki, Polşa Almaniyadan icazə istəyəcək, lakin Almaniyadan icazə istəmək ikinci dərəcəli əhəmiyyət kəsb edir.
Moraveski "Leopard"ların əldə edilməsi üçün biz daim Berlin hökumətinə təzyiq göstəririk" deyib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok bazar günü Fransanın "LCI" tele-kanalına müsahibəsində deyib ki, əgər Polşa bizdən Ukraynaya "Leopard 2" tanklarını göndərmək üçün icazə istəsə, "biz buna mane olmayacağıq".
Berbokun şərhlərinə qədər Almaniya özü və tankları Almaniyadan alan ölkələrin "Leopard 2"ləri Ukraynaya göndərməsinnə icazə verməkdən çəkinirdi.
Ukrayna uzun müddətdir ki, Rusiya qüvvələri ilə döyüşmək üçün özünün arsenalında olan tanklardan daha müasirlər tanklar axtarır.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov keçən həftə Amerikanın Səsinin Ukrayna xidmətinə Ukrayna əsgərlərinin Polşada "Leopard 2" tanklarından istifadə etmək üçün təlimlərə başlayacağını bildirib.
Bazar günü Almaniya kansleri Olaf Şolz Almaniyanın özünün Ukraynaya döyüş tankları verməyə razı olub-olmayacağından söz açmasa da, Reuters xəbər agentliyi belə qərarların ABŞ da daxil olmaqla, müttəfiqlərlə razılaşdırılaraq veriləcəyini bildirib.
Fransa prezidenti Emmanuel Makron "Leclerc" tanklarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirib. Bununla belə, o xəbərdarlıq edib ki, tankların göndərilməsi Fransanın təhlükəsizliyinə təhlükə yaratmamalı və ya Ukrayna ilə Rusiya arasındakı müharibəni qızışdırmamalıdır.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bazar günü "Sky News"-a verdiyi müsahibəsində ukraynalıların "Leopard 2" kimi silahlarla təchiz edilməsini istədiyini deyib.
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yeni təyin olunmuş Respublikaçı sədri Maykl Makkol ABC telekanalının "Bu həftə" verilişində deyib ki, Almaniyanı öz "Leopard 2"lərini göndərməyə təşviq etmək üçün Birləşmiş Ştatlar Ukraynaya "Abrams" döyüş tanklarını təklif etməlidir.