Accessibility links

Polşa deyir ki, Ukrayna üçün yeni silahlar yoxdur


Polşa deyir ki, Ukrayna üçün yeni silahlar yoxdur
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Polşa deyir ki, Ukrayna üçün yeni silahlar yoxdur

Polşa çərşənbə günü ərzaq idxalı ilə bağlı davam edən mübahisə fonunda Ukraynaya silah verməyi dayandıracağını bildirib. Henry Ricvelin bildirdiyinə görə, bəziləri bu mübahisənin Ukraynadakı münaqişəsinin kritik məqamında Avropadakı ixtilafları üzə çıxardığından ehtiyat edir.

Polşa indiyədək Ukraynanın ən yaxın müttəfiqlərindən biri olub. O, bir milyondan çox qaçqını qəbul edib, Kyivə tanklar və MiQ-29 döyüş təyyarələri də daxil olmaqla, əhəmiyyətli dərəcədə hərbi dəstək verib.

Lakin gərginləşən mübahisə fonunda Polşanın baş naziri Mateuş Moravetski çərşənbə günü yeni silahların göndərilməyəcəyini bəyan edib. "Biz artıq Ukraynaya heç bir silah vermirik, çünki indi özümüz ən müasir silahlarla silahlanırıq".

Bu sözlərin zamanlaması və tonu Polşanın bir çox müttəfiqini təəccübləndirib. GLOBSEC-dən Marcin Zaborovski: "Bu, dünya boyu çox mənfi əks-səda verdi. Orta statistik bir Ukrayna vətəndaşı polyakların onlara yardım etməyi dayandıracağını eşidir".

Polşa Ukraynanın silahlanmasında əsas rol oynayıb. Bata Universitetinin təhlükəsizlik üzrə analitiki Patrik Buryi: "Daha riskli silah platformalarını vermək üçün dəstək toplaması - almanlara təzyiq göstərmək və bir tərəfdən Almaniya və Birləmiş Krallığa təkan vermək üçün tanklar, eynilə də döyüş təyyarələri verəcəyini söyləməsi baxımından".

Mübahisə Ukraynanın taxıl idxalı məsələsi ilə əlaqadər başlayıb. Polşa, Macarıstan və Slovakiya keçən həftə Avropa İttifaqının müvəqqəti məhdudiyyətləri başa çatdıqdan sonra idxalın öz fermerlərinə mənfi təsir etdiyini iddia edərək, birtərəfli qadağalar tətbiq edib.

Ukrayna Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski BMT-də çıxışı zamanı deyib. “Avropada bəzilərinin Moskva aktyoruna zəmin hazırlamasına yardım etdiyini görmək narahatedicidir,” Zelenski deyib.

Polşa Ukrayna səfirini çağırıb. Polşa prezidenti Andjey Duda Ukraynanı boğulan bir insana bənzədib. "Əlbəttə, özümüzü batandan zərər görməməkdən qorumaq üçün hərəkət etməliyik, çünki boğulan adam bizə zərər versə, bizdən yardım ala bilməyəcək".

Ukraynanın kənd təsərrüfatı naziri cümə axşamı bildirib ki, o, polşalı həmkarı ilə ticarət mübahisəsinə həll yolu tapmaq üçün razılığa gəlib.

Birləşmiş Ştatlar bu mübahisəyə o qədər də əhəmiyyət verməyib. Lakin analitiklərin fikrincə, Rusiya Qərbin birliyində parçalanmalar olduğunu görür. Patrick Buryi: "Bu, yaxşı görünmür və təbii ki, Rusiya buna belə baxacaq. İndi sual budur ki, biz onlara bunun daha çox sübutunu veririk, yoxsa bu, sadəcə olaraq onun altından çəkilmiş bir xəttdir?"

Gələn ay Polşada seçkilər keçirilməlidir. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski hökumətdə ciddi dəyişikliklər edir. Təhlilçilər deyirlər ki, bu gərginliyə daxili siyasət təkan verir.

Forum

XS
SM
MD
LG