Accessibility links

Tramp və Klinton polis qüvvələrinin dəstəyi uğrunda yarışır [Video]


Tramp və Klinton polis qüvvələrinin dəstəyi uğrunda yarışır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Tramp və Klinton polis qüvvələrinin dəstəyi uğrunda yarışır

ABŞ prezidentliyinə Demokrat namizəd Hillari Klinton və onun Respublikaçı rəqibi Donald Tramp ABŞ hüquq-mühafizə orqanları və afro-amerikalılar arasında artan gərginlik fonunda polisin dəstəyi uğrunda yarışır. Klinton cümə günü Nyu-Yorkda bütün ölkə boyu yüksək vəzifəli hüquq-mühafizə rəsmiləri ilə görüş keçirib, Tramp isə Şimali Karolinada yerli polis təşkilatını ziyarət edib. Bundan əlavə hüquq-mühafizə məsələsi Trampın kampaniyasının menecmentini dəyişəndən sonra etdiyi ilk böyük çıxışının əsas mövzusu olub.

Mən bu imkandan istifadə edib bu ölkədə çox çətin zamanlarda böyük fədakarlıqlar edən hüquq-mühafizə orqanları işçilərinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
Donald Tramp

Tramp Şimali Karolinanın Şarlot şəhərində etdiyi çıxışını Luizianada baş verən tarixi daşqının qurbanı olan insanlara dəstəyini ifadə erədək açıb. Lakin daha sonra siyasi gündəminə keçid edən Tramp hüquq-mühafizə məsələsinə prioritet verib.

“Mən bu imkandan istifadə edib bu ölkədə çox çətin zamanlarda böyük fədakarlıqlar edən hüquq-mühafizə orqanları işçilərinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm,” deyə o bildirib.

Tramp ABŞ təhlükəsizliyi, iqtisadiyyatı, səhiyyə və gələcəyini gəmgin ifadələrdə təsvir edib və bütün bunlara görə Demokratları, əsasən də “yalançı” adlanadırdığı Klintonu günahlandırıb.

“Əgər prezident seçilsəm, bu hərc-mərclik və zorakılıq çox qısa zaman ərzində bitəcək,” deyə o bildirib.

Trampın yeni seçki kampaniyası menecerləri rəy sorğuları aparan Kellian Konvey və Breitbart xəbər agentliyinin sədri Stefen Bannon Trampa original olmağı və sağçı siyasətinə sadiq qalmağı məsləhət görür. Tənqidçilər deyir ki, Tramp menecmentini rəy sorğuları nəticələri səbəbilə dəyişməyə məcbur qalıb. O meynstrim siyasətçi olmaq məcburiyyətində qalmaq istəmədiyini iddia edir.

Hillari Klinton
Hillari Klinton

Klinton isə deyir ki, yeni menecment Trampı dəyişə bilməz.

“O istədiyi insanı kampaniyasına işə alıb, işdən qova bilər. Onlar Trampı teleprompterdən yeni sözlər oxumağa vadar edə bilərlər, amma o yenə də eyni insan olaraq qalacaq,” deyə Klinton bildirib.

Cümə axşamı Klintonun da kampaniyasının diqqəti hüquq mühafizə məsələsinə yönəlib. Nyu Yorkda ölkənin bəzi yüksək vəzifəli hüquq-mühafizə rəsmiləri ilə görüşü zamanı o, polis və onların xidmət etdikləri icmalar arasında körpü qurmağın zəruriliyini vurğulayıb.

“Məncə aydındır ki, Dallas, Baton Ruj və Milvokidə baş verən son hadisələr göstərir ki, bizi polis zabitləri və icmamız arasında təmas və hörməti bərpa etmək kimi çətin iş gözləyir,” deyə Klinton bildirib.

Tramp kimi Klinton da qanuna ehtiramın vacibliyini vurğulayıb, Trampdan fərqli olaraq isə o, irəliləyişlərin zaman və səy tələb etdiyini deyib.

XS
SM
MD
LG