Accessibility links

Polis Filadelfiya şəhəri yaxınlığında altı nəfəri qətlə yetirən şəxsin cəsədini aşkar edib


ABŞ polisi bazar ertəsi günü Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında altı ailə üzvünü öldürən İraq müharibəsi veteranının cəsədini aşkar edib.

Yerli dairənin prokuroru çərşənbə axşamı tapılan cəsədin 35 yaşlı Bradli Uliam Stona aid olduğunu təsdiqləyib. Cəsəd Stonun öz evi yaxınlığında aşkar edilib.

Stonun qətlə yetirdiyi şəxslər arasına onun keçmiş həyat yoldaşı, qaynanası və onun anası daxildir.

Rəsmilər Stonun silahlı və təhlükəli olduğunu bildirərək, Pensburq rayonunun sakinlərini evdən çıxmamağa çağırmışdı.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG