Accessibility links

St. Luis şəhərində polislə sakinlər arasında gərginlik artıb


Missuri ştatının St. Luis şəhərində polislə sakinlər arasında gərginlik artır. Polis dördüncü gündür ardıcıl şəkildə etiraz aksiyası keçirənlərə qarşı gözyaşardıcı qaz və tüstü bombalarından istifadə edib.

St.Luis şəhər sakinləri 18 yaşlı Maykl Braunun qətlindən sonra etiraz aksiyaları keçirir. Nümayişçilər mağazaları talan edir, polislə qarşıdurmalar yaradır.

Ferquson şəhərində bu gün məktəblərin açılışı bazar ertəsinədək təxirə salınıb.

The Washington Post and The Huffington Post's qəzetlərinin müxbirləri Uesli Loveri və Rayan J. Reilly yaxınlıqdakı restoranda oturarkən polis tərəfindən nəzarət altına alınıb. Daha sonra müxbirlər ittihamsız azad edilib.

Polisin bildirdiyinə görə, Braun polis maşınındakı əlbəyaxa zamanı öldürülüb. Lakin şahidlər onun yoldaşları ilə bərabər mağazadan çıxarkən polis tərəfindən əllərinin qaldırılmasına göstəriş verildiyini deyir. Onlar Braunu güllələyən polisin ağ olduğunu desə də, rəsmilər polisin irqi və kimliyi barədə məlumat vermir.

Mussiri ştatının qurbernatoru Cey Nikson da sakitliyə səsləyib.

Federal Təhqiqat Bürosu hadisə ilə bağlı istinataqa başlayıb.

XS
SM
MD
LG