Accessibility links

ABŞ və Polşa hərbi tərəfdaşlığı genişləndirir


ABŞ və Polşa hərbi tərəfdaşlığı genişləndirir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

ABŞ və Polşa Polşada Amerikanın daimi bazalarının yaradılması və ölkədəki qüvvələrin sayınn artırılmasına dair razılıq əldə edib. Razılıq ABŞ-ın Almaniyadakı əsgərlərinin bir hissəsinin çıxarması qərarından sonra imzalanıb. ABŞ-ın bir sıra Avropa müttəfiqləri bunu NATO üzvlərinin məsrəflərinə dair mübahisələrdən sonra siyası addım kimi qiymətləndirir. Digərləri isə hesab edir ki, qüvvələrin dislokasiyası Rusiyanın təhdidləri qarşısında mühüm bir addımdır.

ABŞ-ın Polşada Şərqi Avropada rotasiya çərçivəsində 4500 əsgəri qüvvəsi yerləşir. Varşava və Vaşinqton arasında əldə edilən son razılıq minlərlə əlavə qüvvənin Polşaya yerləşdirilməsini mümkün edəcək. ABŞ ordusunun 5-ci korpusu artıq Polşaya köçürülüb.

ABŞ dövət katibi Mayk Pompeo razılığı avqustun 15-də Polşaya səfəri çərçivəsində imzalayıb.

“Qüvvələrin sayı əhəmiyyət kəsb edir. Sabiq tankist kimi bilirəm ki, bəzi yerlərdə əsgərlər olmalıdır” , Pompeo deyib.

Siyasi təhlilçi Conatan Eyal hesab edir ki, qüvvələrin yerləşdirilməsi strateji əhəmiyyət kəsb edir.

“Söhbət Rusiyanın qarşısının alınması və avropalılara NATO üzvlərinin hər birinin təhlükəslziyini təmin edilməsinin izahından gedir”.

Polşa bu razılığın onu Rusiya təhlükəsindən qoruyacağını bildirir.

“Qüvvələrin Almaniyada deyil Polşada yerləşdirilməsi bizim təhlükəsizliyimiz üçün mühümdür“ - deyə, Polşanın xarici işlər naziri Atsek Çaputoviç bildirib.

Keçən ay prezident Tramp Almaniyada olan ABŞ qüvvələrinin 12 min əsgərinin çıxarılacağını bəyan edib. O, Berlini NATO məsrəflərini qarşılamamaqda günahlandırıb. Prezident deyib ki, əsgərlərin yarısı evlərinə qaytarılacaq, digərləri isə NATO-ya müttəfiq ölkələrə yerləşdiriləcək.

“Biz Almaniyanı müdafiə edirik. Ona görə də qüvvələrimizi oradan çıxarırıq. Çünki onlar hesablarını ödəmir. Bu, olduqca bəsitdir“.

ABŞ rəsmiləri qüvvələrin Almaniyadan qismən çıxarılmasının Poşaya yerləşdirilməsi ilə heç bir əlaqəsi olmadığını deyir. Berlin isə bu addımın NATO-nu zəiflədəcəyini iddia edir. Eyal bildirib ki, dəyişiklik planının vaxtı çoxdan çatmışdı.

“Əslində, alyansın tərkibinin dəyişdirilməsi soyuq müharbədən 30 il sonra doğru addımdır. Tarixi səbəblərə görə Almaniyada qüvvələrin cəmləşdirilməsinin və özlərini həssas və Rusiya təhlükəsində hiss edən digər ölkələrdə qüvvələrin olmamasının heç bir mənası yoxdur“.

NATO müttəfiqləri Rusiyanın 2014-cü ildə Ukraynadan Krımı ilhaq etməsindən sonra Şərqi Avropa ölkələrinə minlərlə əsgəri qüvvə yerləşdirib.

Moskva isə ABŞ qüvvələrinin regiondakı mövcudluğunu özünün təhlükəsizliyinə hədə hesab edir.

XS
SM
MD
LG