Accessibility links

ABŞ Dövlət Katibi Tbilisidə Gürcüstan liderləri ilə görüşüb


ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Tbilisidə Gürcüstan liderləri ilə görüşüb. O, Gürcüstanın suverenliyinə və demokratik təsisatlarının gücləndirilməsinə dəstəyini bildirib.

Avropa və Yaxın Şərqdəki müttəfiqlərini ziyarət edən çox millətli turunun növbəti dayanacağında Pompeo Gürcüstan prezidenti Salome Zurabişvili ilə danışıqlar aparıb. Ondan sonra o, ölkənin baş naziri Giorgi Qaxariya və xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Giorgi Qaxariya ABŞ-Gürcüstan münasibətlərini ölkəsinin “ən vacib tərəfdaşlıq” adlandırıb və ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdiyini deyib.

Rusiya 2008-ci ildə qısa sürən müharibədən bəri Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarını işğal altında saxlayır.

ABŞ Dövlət Departamenti Pompeonun diqqət mərkəzində Gürcüstanda demokratik islahatlarla bağlı irəliləmək çağırışları olduğunu bildirib.

Qaxariya və Zalkaliani ilə görüşün əvvəlində Pompeo azad və ədalətli seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və güclü debatlar üçün fürsət olduğunu deyib.

Gürcüstaa səfərini başa vurduqdan sonra Pompeo baş nazir Benyamin Netanyahu ilə İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdıran son razılaşmaları müzakirə etmək üçün İsrailə gedəcək.

Pompeonun səfərinin qalan hissəsini Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı əhatə edir.

Şərhlərə bax

XS
SM
MD
LG