Accessibility links

Pompeo İrana qarşı təzyiqlərin davam etdirilməsinə çağıracaq


Hal-hazırda Brüsselda olan ABŞ dövlət katibi Mayk Pompeo NATO sammiti zamanı müttəfiqlərlə görüşlər keçirərək, onları İranın neft təminatını ilə bağlı problemlər yaratmaq cəhdlərinin uğursuz olacağına inandırmağa çalışacaq.

NATO sammitinə qatılmaqdan öncə Pompeo Birləşmiş Ərəb Əmirliklərində ölkənin liderləri ilə görüşərək, ABŞ-ın İran rəhbərliyinə bu cür davranışın mükafatlandırmayacağını başa salmaq niyyətindədir.

Keçən həftə İran prezidenti Həsən Ruhani ABŞ bütün ölkələri İrandan neft almamasına məcbur etməyə davam etdiyi halda, onların Hörmüz boğazı vasitəsilə ixrac edlən neftin təminatında kəsintilər yaradacağı ilə bağlı hədələyib.

Pompeo daha öncə neft nəqlinin açıq qalmasında ABŞ-ın öhdəliyini vurğulayıb.

Dövlət Departamenti deyib ki, ABŞ diplomatları bu yaxınlarda Səudiyyə Ərəbistanında dünya neft bazarının kəsintilərsiz fəaliyyətinin davam etdirilməsi haqqında danışıqlar aparıb.

XS
SM
MD
LG