Accessibility links

Pompeo: "Rusiya da daxil olmaqla, bütün ölkələr Venesueladan çıxmalıdır"


ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Finlandiyada görüşüb, Venesuelaya görə aralarında artmaqda olan gərginlikləri müzakirə edəcək.

Rusiya mediası xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən bildirib ki,cümə gününə təyin edilən görüş Arktika Şurasının nazirlər səviyyəsində keçiriləcək sessiyası çərçivəsində baş tutacaq.

Müzakirələr ABŞ Dövlət Departamenti tərəfindən də təsdiq edilib.

"Xarici işlər naziri Lavrov və dövlət katibi Pompeo orada olarkən görüş imkanı əldə edəcək və istədikləri mövzunu müzakirə edə biləcək” - deyə, Dövlət Departamentinin rəsmisi bildirib.

Lavrov mayın 1-də Maduronu hakimiyyətdə qalmağa Rusiyanın təhrik etdiyinə dair ABŞ-ın bəyanatlarını rədd etmişdi.

Rusiya xarici işlər naziri mayın 2-də Daşkənd şəhərində jurnalsirlərə deyib:

"Biz Venesuela da daxil olmaqla, bütün əlaqələrimizi davam etdirmək barədə razılığa gəlmişik, hərçənd necə nəticə əldə ediləcəyini bilmirəm. Bir tərəfdə bizim BMT Nizamnaməsinə və beynəlxalq qanunlara əsaslanan mövqeyimiz var, digər tərəfdən isə ABŞ başqa bir ölkəyə prezident əvəzi təyin edib. Bu mövqelər bir araya sığmır, amma biz yenə də danışmağa hazırıq”.

Pompeo deyib ki, Rusiyadan Venesuelada "qarışıqlıq" salmağa son qoymasını istəyəcək.

"Mən Lavrova prezidentin dünyaya söylədiklərini deyəcəyəm. Rusiya da daxil olmaqla, bütün ölkələr Venesueladan çıxmalıdır "- deyə dövlət katibi bildirib.

Pompeo və Lavrov görüşü Venesuelanın xarici işlər naziri Horhe Arreazanın Moskva səfərindən sonraya təsadüf edir.

Arreaza müxbirlərə deyib ki, prezident Maduronu hakimiyyətdən devirməyə çalışına müxalifət lideri, özünü prezident elan edən Huan Quaydoya qarşı mübarivə davam edərkən Rusiyanın hərbi mövcudluq müddəti uzadıla bilər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG