Accessibility links

Pompeo: Sanksiyalar Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün əhəmiyyətlidir


ABŞ dövlət katibi Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo cümə günü deyib ki, BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarının tətbiqi Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün əhəmiyyətlidir.

Dövlət katibinin bu qeydləri ABŞ-ın Rusiyanın BMT-nin müstəqil hesabatını dəyişiklər etməkdə ittiham etməsindən sonraya təsadüf edir. Hesabatda Moskva, ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilir.

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının bəyannaməsini fəal şəkildə gözdən salmağa çalışır
ABŞ dövlət katibi Mayk Pompeo

“Rusiya BMT-nin Təhlükəsizlik Şurasının bəyannaməsini fəal şəkildə gözdən salmağa çalışır.” – deyə Pompeo mətbuat konfransında bildirib. Dövlət katibi əlavə edib ki, Moskva Pxenyaya qarşı tətbiq edilən sanksiyalara riayət etməməsi ilə bağlı hesabatın yazı tərzini dəyişməyə cəhd edib.

Pompeo cümə günü ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli ilə görüşüb. Öncəki gün Heyli Rusiyanın sanksiyaların monitorinqini aparan müstəqil qrupa qarşı hesabata əlavələr etməsi ilə bağlı təzyiqlər göstərdiyini deyib. Hesabat dəyişikliklərdən sonra keçən ay Təhlükəsizlik Şurasının Şimali Koreya sanksiya komitəsinə təqdim edilib.

“Birləşmiş Ştatlar BMT-nin Təhlükəsizlik Şurasının bəyannaməsinin icrasının davam etdirilməsinə öhdəliyinə sadiqdir. Biz inanırıq ki, prezident Trampın Şimali Koreya lideri Kim Conq Unu Koreyanın tam və yekun nüvəsizləşdirilməsinə inandırması səyləri vacibdir.”

Həm Rusiya, həm də Çin iyun ayında ABŞ-Şimali Koreya sammitindən sonra Təhlükəsizlik Şurasının Pxenyana tətbiq edilən sanksiyalarla bağlı mövqeyini yumşaltmağa çalışdığı müşahidə edilib.

Texnologiya şirkətləri sanksiyaya məruz qalıb

Cümə axşamı Vaşinqton Çində və Rusiyada yerləşən informasiya texnologiyaları şirkətlərinə qarşı Pxenyanın nüvə və raket proqramını dəstəklədiyi üçün sanksiyalara tətbiq edib.

Vaşinqton Pekində və Moskvada yerləşən, lakin Pxenyan tərəfindən idarə edilən şirkətləri Şimali Koreyaya qeyri-qanunu vəsait göndərməkdə ittiham edir.

ABŞ maliyyə naziri Stiv Mnuçin
ABŞ maliyyə naziri Stiv Mnuçin

“Bu addımlar Şimali Koreyanın qanunsuz mənfəət əldə etməsini dayandırmaq niyyəti ilə atılıb.” – deyə ABŞ-ın maliyyə naziri Stiv Mnuçin rəsmi bəyanatda bildirib.

Həmin şirkətlər Çində yerləşən və rəhbəri şimali koreyalı Conq Sonq Hva olan China Silver Star və həmin şirkətin Rusiyadakı filialı Volasys Silver Star-dır.

Bu sanksiyalar ABŞ-ın Şimali Koreyanın nüvəsizləşdirmə danışaqlarına dönməsi üçün Pxenyana qarşı təzyiqlərin davam etdirdiyi bir zaman tətbiq edilib.

XS
SM
MD
LG