Accessibility links

Roma Papası Benedikt Livanda dini dözümlülüyə səsləyib



Roma Papası Benedikt Livanı Yaxın Şərqdə sülh və dini azadlığa nümunə olmağa çağırıb.

Roma katolik kilsəsinin başçısı Beyrutda Livan rəsmiləri və dini liderlərlə görüşüb. Roma Papası deyib ki, Livanda xristianlar və müsəlmanlar əsrlərdir birgə yaşayır, hər iki dinin nümayəndələrinin təmsil olunduğu ailələr mövcuddur. Çıxışı zamanı o, auditoriyaya müraciət edərək deyib:”Əgər bu, bir ailədə mümkündürsə, nə üçün bütün cəmiyyətdə mümkün olmasın?”

Livan prezidenti Mişel Süleyman görüşdəki çıxışı zamanı Suriyada vəziyyətə toxunub. O, Livanın Suriyadan qaçqınları qəbul etməyə davam edəcəyini deyib və Suriya xalqının azadlıq və demokratiyaya dialoq və sülh yolu qovuşmasını arzulayıb.

Görüş zamanı Livanın dini liderlərindən biri Şeyx Məhəmməd Rəşid Qabbaninin Roma Papasına verdiyi məktubda bildirib ki, o, ölkədə bir xristiana olan hücumu bütün müsəlmanlara hücum kimi qiymətlənidirir.
XS
SM
MD
LG