Accessibility links

Portland şəhərinin Polis Bürosu şənbə günü gecə keçirilən nümayişləri qanunsuz elan edib


Oreqon ştatının ən böyük Portland şəhərinin Polis Bürosu şənbə günü gecə keçirilən nümayişləri qanunsuz elan edib. Polis nümayişçilərin butulka hücumuna məruz qalıb.

Buna qədər federal, ştat və yerli hüquq-mühafizə orqanları aksiyalara müdaxilə etmirdi. Son həftələr ərzində nümayişləri federal qüvvələr gözyaşardıcı qaz, fişənglərlərlə dağıdırdı.

Fəallar və Oreqon rəsmiləri nümayişçiləri Tramp administrasiyasının federal qüvvələrin sayının azaldılmasına razılıq verməsindən 3 gün sonra diqqətləri yenidən Qaraların Həyatı mühümdür məsələsinə yönəltməyə çağırıb.

Şənbə günü axşam insanlar məhkəmə binası qarşısına toplaşmazdan öncə natiqlərin çıxışlarını dinləyib.

Portlandda federal qüvvələrin sayının azladılmasından sonra ilk dəfə yerli hüquq-mühafizə işçiləri ilə nümayişçilər arasında toqquşma yaşanıb.

Polisin bildirdiyinə görə, nümayişçilər onlara şüşə butulkalar atıb, üzərlərinə lazer şüaları buraxıb.

Axşam saat 10-dək insanların dağılışmasına göstəriş verilib, güc tətbiqi və həbslərlə bağlı xəbərdarlıq yayılıb.

Lakin nümayişlər gecə boyu davam edib.

Şərhlərə bax

XS
SM
MD
LG