Accessibility links

Portuqaliya maliyyə problemlərini özü həll edə biləcəyini bildirir


Portuqaliyanın Baş naziri Joze Sokrateş
Portuqaliyanın Baş naziri Joze Sokrateş

Portuqaliyanın baş naziri Joze Sokrateş deyib ki, Beynəlxalq Valyuta Fondundan yardım istəməyə ehtiyac yoxdur

Portuqaliyanın baş naziri Joze Sokrateş deyib ki, onun ölkəsi maliyyə problemlərini özü həll edəcək və beynəlxalq səviyyədə xilas planına ehtiyac yoxdur. Bu gün Portuqaliyanın Diario de Noticias qəzetində nəşr edilən müsahibədə cənab Sokrateş bildirib ki, Portuqaliyada Yunanıstan və İrlandiyada olduğu kimi Beynəlxalq Valyuta Fondundan yardım istənilməsi üçün problemlər yoxdur. Avropada maliyyə məsələləri üzrə təhlilçilər və siyasətçilər Portuqaliya və İspaniyanın hökumət büdcəsində defisitə görə avropalı həmkarlar və Beynəlxalq Valyuta Fondundan yardım istəyəcək növbəti ölkələr ola biləcəyi ilə bağlı narahatlıqlarını bildirirlər. Bunun nəticəsi olaraq, bu iki ölkənin hökumət üçün borc faizləri kəskin artıb. Cənab Sokrateş deyib ki, maliyyə bazarları Portuqaliyanın büdcə defisitinə nəzarət etmək üçün ciddi addımlar atdığın görəcək. Bir sıra Avropa ölkəsində olduğu kimi, Portuqaliyada da 2011-ci il üçün vergilərin artırılması və hökumət qulluqçularının maaşlarının 5 faizə qədər azaldılması kimi çox ciddi ölçülər götürülüb.

XS
SM
MD
LG