Accessibility links

“Potensial fəlakətli qasırğa” Karib adaları və Floridaya istiqamət götürüb


Meteoroloqların “potensial fəlakətli” adlandırdıqları İrma qasırğası Karib adaları və Floridanın cənub ərazilərindən keçəcək.

Qasırğanın içində küləyin sürəti 297 km/saat təşkil edir. Bu, Atlantik okeanı qasırğaları üçün rekord göstəricidir.

Meteoroloqlar bildiriblər ki, çərşənbə axşamı qasırğa beşinci kateqoriya olaraq möhkəmlənib. Bu isə ciddi təhlükə səviyyəsidir.

Dominikan Respublikası, Puerto Riko, Vircin adalarının müxtəlif ərazilərində artıq, qasırğa haqqında xəbərdarlıq verilib.

Prezident Donald Tramp Puerto Rikoda, Amerika Vircin adalarında və Floridada fövqəladə vəziyyət elan edərək, fövqəladə hallar üzrə federal idarəyə dəstək işlərinə başlamaq göstərişi verib.

Milli Qasırğalar Mərkəzinin qiymətləndirməsinə görə, “nəhəng və dağıdıcı” dalğaların hündürlüyü altı metrə çatacaq. Bəzi yerlərdə 50 sm. qədər yağıntıların olacağı gözlənilir.

XS
SM
MD
LG