Accessibility links

Powerball lotereya oyununda 759 milyon dollar udulub


Çərşənbə günü axşam ABŞ-ın Massaçusetts ştatında bir nəfər Powerball lotereya oyununda 759 milyon dollar udub. Bu, Powerball oyunun tarixində ikinci ən yüksək cekpotdur.

Super həcmli cekpot multi-milyoner olmaq arzusunda olan çox sayda insanın şanslarını sınamaq üçün lotereya biletləri almalarına səbəb olub.

Bahalı prizi udmaq şansı 1-ə 292 milyona nisbətində idi.

Lotereya ilə zəngin olmaq oyununun tarixi hələ Birləşmiş Ştatların 13 koloniyadan ibarət olduğu dövrdən bəri mövcuddur.

Oyun başa çatdıqdan sonra lotereyalotoreyalardan toplanan pulla məktəblər və infrastruktur maliyyələşdirilirdi. Bu üsul indiki dövrdə gəlirlərin bölünərək xərclənməsinə bənzəyir.

XS
SM
MD
LG