Accessibility links

Prezident Obama general Klapperi milli kəşfiyyat idarəsinin direktoru vəzifəsinə nominasiya edib


Ağ Evdə qısa elan verən cənab Obama təqaüdə çıxmış ABŞ Hərbi Hava Qüvvələri Generalı Ceyms Klapperi təqdim edib

ABŞ prezidenti Barak Obama təqaüdə çıxmış ABŞ Hərbi Hava Qüvvələri Generalı Ceyms Klapperi milli kəşfiyyat idarəsinin direktoru vəzifəsinə nominasiya edib.

Şənbə günü Ağ Evdə müxbirlərə verilən qısa bəyanatda prezident Obama Klapperi təqdim edib. Cənab Obama təqaüdçü generalın ABŞ-da kəşfiyyat əməliyyatlarının effektli aparılmasına təminat yaradacağına güvəndiyini bildirib.

Senat tərəfidən təsdiq olunduğu halda cənab Klapper bu vəzifəni icra edən dördüncü adam olacaq. Klapper Pentaqonda müdafiə naziri yanında kəşfiyyat məsələləri sahəsində işləyib.

Təyinatın 16 ay kəşfiyyat direktoru vəzifəsini tutan Denis Bleyerin istefasından elan edilir.

Bleyer kəşfiyyatdakı müvəffəqiyyətsizlik və ABŞ-ın digər dövlət idarələri ilə məlumatların bölüşdürülməsi işinə görə administrasiya və Konqres tərəfindən tənqid edilirdi.

Kəşfiyyat direktoru vəzifəsi bu sahədə müvəffəqiyyətsizlikləri aradan qaldırmaq məqsədi ilə 2001 –ci il sentyabr-ın 11-də ABŞ-da terror hücumundan sonra yaradılıb.

XS
SM
MD
LG