Accessibility links

Prezident Obama Bin Ladenin iqamətgahının səmadan bombalanmasını istəmirdi


Prezident Obama Bin Ladenin iqamətgahının səmadan bombalanmasını istəmirdi
Prezident Obama Bin Ladenin iqamətgahının səmadan bombalanmasını istəmirdi

ABŞ rəsmiləri deyirlər ki, prezident Barak Obama Üsama bin Ladenin ölümü ilə nəticələnən reydə göstəriş verməzdən əvvəl bir neçə seçimi nəzərdən keçirmişdi.

Prezident Əl-Qaidə liderinin İslamabadın şimalındakı iqamətgahını səmadan bombalamaq ideyasından vaz keçib. Rəsmilər deyirlər ki, bu plan hərbi heyət üçün az riskli olardı amma Bin Ladenin öldürüldüyünü təsdiq etməyi çətinləşdirərdi.

SEAL adlanan xüsusi təyinatlı qüvvələr iplərdən istifadə edərək helikopterlərdən Abbottabaddakı imarətə eniblər. Vuruşaraq əsas binaya daxil olduqdan sonra onlar Bin Ladenin başından güllə ilə vuraraq onu qətlə yetiriblər.

XS
SM
MD
LG