Accessibility links

Obama Senata nominasiyanın təsdiqinə görə təşəkkürünü bildirib



ABŞ prezidenti Barak Obama Senata Riç Kordreyi İstehlakçıların maliyyə müdafiəsi bürosunun direktoru vəzifəsinə nominasiyasını təsdiq etdiyinə görə təşəkkürünü bildirib.

Amerika xalqına həftəlik müraciətində cənab Obama iki il əvvəl agentliyin rəhbəri vəzifəsinə təyin etməsindən sonra Kordrey Konqresdə hər iki partiyadan olan qanunvericilər tərəfindən bu vəzifəyə təsdiq edilib. Prezident Obama qeyd edib ki, iki il bundan əvvəl Senatdakı respublikaçı qanunvericilər büronun yaradılmasını nəzərdə tutan qanunu bəyənmədikləri üçün Kordreyin bu vəzifəyə təsidiqi ilə bağlı səsvermə keçirməkdən imtina etmişdi.

Cənab Obama bidirib ki, İstehlakçıların maliyyə müdafiəsi bürosunun yaradıldığı vaxtdan sonra ipoteka və təhsil kreditləri verən, həmçinin borcları toplayan kollektor şirkətlərinin işinə nəzarət edir. O deyib ki, büronun işi sayəsində altı milyon amerikalıdan müxtəlif şirkətlər tərəfindən alınmış 400 milyon məbləğində maliyyə onlara qaytarılıb. ABŞ prezidentinin sözlərinə görə, hökumət daha bir maliyyə böhranının baş verməsinin qarşısını almaq üçün yeni qaydalar tətbiq edib.

Respublikaçıların həftəlik müraciəti ilə respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının iki təmsilçisi-Todd Yanq və Tim Qriffin çıxış ediblər. Onlar demokratların nəzarətində olan Senatı Nümayəndələr Palatasının prezident Obamanın irəli sürdüyü səhiyyə islahatlarının nəzərdə tutduğu tələblərin qüvvəyə minməsi üçün müddətin təxirə salınması haqda təklif etdiyi qanun layihəsini təsdiq etməyə çağırıb.
XS
SM
MD
LG