Accessibility links

Prezident Obamanın elm məsələləri üzrə müşaviri Azərbaycana səfər edib


Prezident Obamanın elm məsələləri üzrə müşaviri Azərbaycana səfər edib
Prezident Obamanın elm məsələləri üzrə müşaviri Azərbaycana səfər edib

Doktor Elis Qast enerji, informasiya texnologiyaları, dövlət və özəl sektorları arasında tərəfdaşlıq, təhsil sahəsində Birləşmiş Ştatlar və Azərbaycanlı tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi sahələrini müəyyən edəcək.

Prezident Obamanın elm və təhsil sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi təşəbbüsünün bir hissəsi olaraq ABŞ-ın elm məsələləri üzrə nümayəndəsi Dr. Elis Qast martın 8-dən 11-dək Azərbaycanda səfərdə olacaq.
Amerika səfirliyinin məlumatına görə, Dr. Qast enerji, informasiya texnologiyaları, dövlət və özəl sektorları arasında tərəfdaşlıq, təhsil sahəsində Birləşmiş Ştatlar və Azərbaycanlı tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi sahələrini müəyyən edəcək.
O, yüksək vəzifəli dövlət rəsmiləri, nazirlər, eləcə də elm, təhsil, qeyri-kommersiya və biznes ictimaiyyətinin liderləri ilə görüşəcək. Dr. Qast səfər çərçivəsində ABŞ hökumətinin maliyyə dəstəyi ilə Bakı Dövlət Universitetinin iki kitabxanasında simsiz internet xidmətinin açılması mərasimində iştirak edəcək.
Dr. Qast eyni zamanda elm sahəsində qadınların imkanları və onların üzləşdikləri çətinlikləri müzakirə etmək məqsədilə qadın alimlərlə görüşəcək.
Dr. Qast tanınmış mühəndis kimyaçı və Lixay Universitetinin Rektorudur.
ABŞ-ın Elm Nümayəndəsi Proqramı Administrasiyanın qlobal elm və texnologiya sahəsindəki öhdəliyinin əsasını təşkil edir. Bu proqramı prezident Obama 2009-cu ilin iyun ayında Qahirədə elan edib. Elm nümayəndələri fərdi şəkildə səfərlər həyata keçirir və səfərləri zamanı topladıqları məlumatlar əsasında Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın elm ictimaiyyətinə məsləhətlər verir.

XS
SM
MD
LG