Accessibility links

Prezident Trampın impiçment prosesi - dünya ölkələrində reaksiyalar


Prezident Trampın impiçment prosesi - dünya ölkələrində reaksiyalar
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Birləşmiş Ştatlarda prezident Donald Trampın impiçment prosesi təkcə amerikalılar deyil, dünya ölkələrində marağa səbəb olub. Londondan Dehliyə, Moskvadan Yohannesburqa qədər bir çox insan Vaşinqtondakı siyasi prosesləri böyük maraqla izləyir və bunun Amerikada demokratiyanın əməldə işlədiyinin göstəricisi olduğunu düşündüyünü bildirir.

Seçkilər yaxınlaşdıqca britaniyalıların çoxu öz ölkələrindəki siyasi qarışıqlığın Atlantik okeanın o biri sahilində əks olunduğunu görür.

London universitet kollecində politoloq Tomas Givt: “Həm ABŞ, həm Birləşmiş Krallıq hökumətdə disfunksiya səviyyəsi və iş görməyə qadir olmamaq baxımından rəqabət aparır”.

Sorğular hər beş britaniyalıdan azı birinin Donald Tramp haqda müsbət fikirdə olduğunu göstərir. Bu, impiçment prosesini izləyənlərin fikirlərini əks etdirir.

London sakini Dey Tomas: “Əgər Nümayəndələr Palatasında qəbul edilsə, ümid edirəm ki, Senat ayağa qalxacaq və nəsə edəcək. O, prezident olmamalı idi və impiç edilməlidir.”

Parisdə Vaşinqtondakı siyasi çəkişmələrə qarışıq maraq müşahidə edilir.

Jak Qro, həkim: “Fikrimcə, bu, yaxşı fikirdir. Bu, demokratiyanın işləməsinə imkan verir.”

Selene Ay, tələbə: “Mən bilirəm ki, o seçiləndən sonra çox adam hadisələri izləyirdi. Lakin sonradan bu maraq azaldı. İnsanlar üçün bu, önəmli deyil.”

Rusiyada isə impiçmentə maraq da, Donalda Trampa dəstək də böyükdür.

Mixail, Moskva sakini: “Onlar Trampı seçiblər, amma indi qərarı dəyişmək istəyirlər. Bu düzgün deyil.”

Dmitri, Moskva sakini: “Mən hesab edirəm ki, burada siyasi mübarizə gedir. Baydenin komandası kompromat axtarır ki, Trampı hakimiyyətdən getməyə məcbur etsin.”

ABŞ strateji rəqib ola bilər, amma bu, Rusiya prezidentinin amerikalı həmkarının siyasi problemlərlə qarşılaşmasını alqışlaması demək deyil.

Andrey Kotunov, Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının direktoru: “Moskva ilə problemləri yalnız güclü Amerika lideri həll edə bilər. Buna görə də Trampın impiçment prosesi onun mövqeyinin zəifləməsi deməkdir.”

1.3 milyard əhalisi olan Hindistan dünyanın ən böyük demokratik ölkəsi adlandırılır. Burada impiçment prinsipi heyranlıqla qarşılanır.

Dipka Nancappa, könüllü: “Bu o deməkdir ki, demokratiya çox ədalətli və düzgün şəkildə işləyir.”

Ashiş Banercii, təqaüddə olan dövlət qulluqçusu: “Bizim liderlərimiz daha məsuliyyətli olmalıdır.”

Prezident Trampın özünə gəldikdə isə fikirlər ayrılır.

Nivedhita Hasthak, ofis işçisi: “Mən ümid edirəm ki, ədalət zəfər çalacaq və o, hakimiyyətdən salınacaq.”

Binay Qupta, veb dizayner: “Mənim fikrimcə, onlar onu nüfuzdan salmaq istəyir, özlərinə xal qazanmağa və diqqət çəkməyə çalışır.”

Qahirə sakini Sameh Qoneym Donald Trampın hərəkətlərinin Misirin öz rəhbərliyində əks olunduğunu hesab edir: “O yalnız şəxsi xeyrini düşünür. Əgər ona kömək edərsə, o, başqalarında korrupsiya axtracaq.”

Afrikada Yohannesburqda da fikirlər yenə də ayrılır.

Kanyuisile Shongve, aşpaz: “Mənə elə gəlir ki, o, yaxşı işləyir. Buna görə də onun vəzifəsindən çıxarılması üçün səbəb görmürəm.”

Cozef Maisa, təmizlik işçisi: “O, Amerika üçün yaxşı işlər görmür. Ona görə də Donald Tramp vəzifəsindən götürülməlidir.”

İmpiçment prosesi Birləşmiş Ştatlarda növbəti prezident seçkilərinin keçiriləcəyi 2020-ci ildə də davam edə bilər. Bu prosesdə hər hansı dönüş bütün dünyada yaxından izlənəcək.

XS
SM
MD
LG