Accessibility links

Prokuror müxalifət fəallarına 3 ilədək həbs istəyib


Prokuror müxalifət fəallarına 3 ilədək həbs istəyib
Prokuror müxalifət fəallarına 3 ilədək həbs istəyib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesində prokuror iş istəyib.

Bu gün dövlət ittihamçısı İctimai Palatanın 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmədən iş istəyib.

“Media forum” saytının məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə prokuror Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər birinə 3 il, Fuad Qəhrəmanlıya isə 2 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası çıxarılmasını xahiş edib.

Fuad Qəhrəmanlı polis nəzarətində, qalanları isə həbsdədir.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.

XS
SM
MD
LG