Accessibility links

Psixiatriya Xəstəxanasından qaçan daha bir nəfər tutulub, ondan narkotik və silah götürülüb


Psixiatriya Xəstəxanasından qaçan daha bir nəfər tutulub, ondan narkotik və silah götürülüb
Psixiatriya Xəstəxanasından qaçan daha bir nəfər tutulub, ondan narkotik və silah götürülüb
Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış daha bir nəfərin tutulması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb.

Baxış zamanı R.Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG