Accessibility links

Pussy Riot qrupunun üzvü Mariya Alyoxina aclıq aksiyasının 7-cü günü xəstəxanaya aparılıb



Pussy Riot qrupunun həbsxanada cəza müddətini çəkən üzvlərindən biri-Mariya Alyoxina kelirdiyi aclıq aksiyasının yeddinci günü xəstəxanaya aparılıb.

Bu haqda məlumatı Amerikanın Səsinin rus xidməti qrupun digər üzvü olan Nadejda Tolokonnikovanın həyat yoldaşı Petr Verzilova istinadən verib.

Onun Ural bölgəsində Berezniki şəhərində xəstəxanaya aparıldığı bildirilir.

Mariya Alyoxina bir həftə bundan əvvəl onun şərti azadlığa buraxılmaq haqda müraciətinə baxan məhkəmə iclasına buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlamışdı. Məhkəmə onun müraciətini təmin etməmişdi.

Pussy Riot qrupunun üç üzvü- Mariya Alyoxina, Nadejda Tolokonnikova və Yekaterina Samutseviç keçən il Moskvanın İsa Xilaskar məbədində Vladimir Putin əleyhinə pank etiraz aksiyası keçirdiklərinə görə “dini nifrət zəminində xuliqanlıq” ittihamı ilə keçən il iki il müddətinə azadlıq məhrum edilib.

Məhkəmə sonradan Samutseviçin hökmünü şərti cəzaya dəyişib. Aprel ayında Mordoviya respbublikasının məhkəməsi Tolokonnikovanın şərti olaraq azadlığa buraxılması haqda müraciətini tməin etməyib.
XS
SM
MD
LG