Accessibility links

Putin-Ərdoğan görüşü razılıqla nəticələnib


İdlib vilayətinə hücumu önləməklə bağlı planı alqışlanır

Sentyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Liderlər Suriyanın İdlib vilayətində hərbi əməliyyatların genişləndirilməsinin qarşısını alacaq razılıq əldə etdiklərini bildirib.

Ərdoğan deyib ki, hərbi əməliyyatların nəticəsi olaraq insani bir fəlakətin qarşısını alacağıq. Türkiyə prezidenti razılığın iki ölkənin əlaqələrinin dərinləşdiyini nümayiş etdirdiyini bildirib.

Hərbi əməliyyatların nəticəsi olaraq insani bir fəlakətin qarşısını alacağıq

Onlar 15-20 kilometrlik bir ərazidə demilitarizasiya zonası yaradılması barədə də razılıq əldə edib.

Putin deyib ki, razılıq Rusiyanın Hmeymim hava bazasını da təhlükədən qurtarmış olub. Bu baza rəqib döyüşçülərin dronlar da daxil edilməklə, hücumlarına məruz qalır.

Soçi görüşü Ərdoğan üçün böyük dilomatik nailiyyət kimi qiymətləndirir.

Ərdoğan ötən həftə Tehranda İran və Rusiya liderləri ilə Suriyadakı vəziyyəti müzakirə edib, amma üsyançıların əlində olan İdlib vilayəti üzrə atəşkəsə nail olunmayıb.

Türkiyə İdlibdə humanitar böhran yaranacağından ehtiyatlanır. Türkiyə ilə sərhəddə yerləşən bu vilayətdə 3 milyondan çox adam yaşayır.

İran və Suriyanın müxalifət qrupları Rusiya ilə Türkiyənin İdlib vilayətinə hücumu önləməklə bağlı planını alqışlayıb. Suriya hökuməti üsyançıların bu sonuncu istehkamına hücuma hazırlaşırdı.

Rusiya, Türkiyə və İran arasında “intensiv məsuliyyətli diplomatiya” İdlibdə “müharibəni önləyə” bildi, “ekstremist terrorçuluqla mübarizə öhdəliyini də qətiyyətlə ortaya qoydu”, - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün tvitində bildirib.

Suriya müxalifəti də razılaşmanı alqışlayıb. Suriya Danışıqlar Komissiyasının sözçüsü Yəhya Əl Artidi “Reuters” informasiya agentliyinə deyib ki, bu razılaşma suriyalıların həyatını qorudu, bu, “sülh cığırı”nın açılmasının vacibliyinə işarədir.

XS
SM
MD
LG