Accessibility links

Putin: ABŞ-ın raket sazişindən çıxması yeni silah yarışına səbəb olacaq


Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edir ki, ABŞ prezidenti Donald Trampın raket sazişinin çıxması ilə bağlı hədələrinin reallaşdırılması yeni silah yarışına səbəb olacaq.

Moskvada İtaliyanın baş naziri Cuzeppe Konte ilə danışıqlardan sonra Putin bildirib ki, Birləşmiş Ştatların Avropada orta mənzilli raketlərin yerləşdirilməsinə Rusiyanın cavabı olacaq.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Rusiyanı Trampın çıxmaq istədiyi razılaşmanı pozmaqda ittiham edib. Baş katib Avropada yeni nüvə silahlarının gücləndirilməsini proqnozlaşdırmadığını əlavə edib.

Raketlərin ixtisarı ilə bağlı saziş keçmiş Sovet lideri Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanıb. Bu saziş hər iki ölkəyə 5,000 kilometrlik radius gücündə olan raketlərin hazırlanması, sınaqdan keçirilməsi və toplanılmasını qadağa edir.

Tramp Rusiyanı sazişi pozmaqda və NATO-ya hədə olan yerüstü tipli qanadlı raketləri yerləşdirməkdə ittiham edib.

Rusiya isə öz növbəsində raket ixtisarı sazişini pozmadığını və ABŞ-ın səbəbsiz şəkildə Avropada raket müdafiəsi sisteminin quraşdırdığını bildirir.

XS
SM
MD
LG