Accessibility links

Putin: ABŞ və NATO-nun Qara dənizdəki fəaliyyətləri Rusiya üçün "ciddi problemdir"


Qara dəniz

Prezident Vladimir Putin ABŞ və NATO-nun Qara Dənizdəki fəaliyyətini Rusiya üçün “ciddi problem” adlandırıb. Rusiya 2014-cü ildə Krımı Ukraynadan ilhaq edəndən bəri regionda əlavə dəniz haqları iddia edib.

Putinin noyabrın 13-də verdiyi bəyanat Kremlin 24 saatdan az bir müddətdə Qərbin Qara Dəniz regionunda hərbi mövcudluğunu vurğulamaq və bu həftə mətbuatda ABŞ rəsmilərinin Avropa müttəfiqlərinə Rusiyanın mümkün hücum riski ilə bağlı xəbərdarlıq etdiyinə dair yer alan xəbərlərdən sonra Vaşinqtonu artan gərginliklərə görə günahlandırmaq üçün ikinci cəhdidir.

“Birləşmiş Ştatlar və onun NATO-dakı müttəfiqləri Qara Dənizdə planlaşdırılmamış təlimlər keçirirlər,” Rusiya prezidenti Vesta dövlət televiziya kanalında bildirib. “Bu təlimlərə təkcə güclü dəniz qrupu deyil, həm də aviasiya, o cümlədən strateji aviasiya cəlb olunub. Bu bizim üçün ciddi bir problemdir.”

Onun hansı təlimləri nəzərdə tutduğu bəlli deyil, ancaq NATO son dörd ayda Qara Dənizdə böyükmiqyaslı təlimlər keçirib.

ABŞ rəsmiləri ötən həftə Rusiyanın Ukrayna yaxınlığında fəaliyyətləri səbəbilə həyəcan təbili çalıb. Orada Moskvanın dəstəklədiyi separatçılar yeddi ildir davam edən münaqişədə böyük əraziyə nəzarət edirlər.

Dövlət katibi Antoni Blinken Rusiyaya Ukrayna ilə bağlı başqa bir “ciddi səhv” etməməsi barədə xəbərdarlıq edib. Vaşinqton Rusiya qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığında Pentaqonun ""ölçüsü və əhatə dairəsi baxımından qeyri-adi" təsvir etdiyi fəaliyyəti ilə bağlı məlumat toplamağa çalışır.

Avropa İttifaqı rəsmiləri noyabrın 12-də bu narahatlıqlarını yeniləyiblər və deyiblər ki, onlar ABŞ və Britaniya müttəfiqləri ilə birlikdə vəziyyətə nəzarət edirlər.

Fransa da narahatlığını dilə gətirib və Moskvaya xəbərdarlıq edib ki, hər hansı təcavüzkar adımların “ciddi nəticələri” olacaq.

Bu xəbərdarlıq Parisdə Fransa müdafiə naziri Florence Parli və xarici işlər naziri Jan-İv Le Drianının rusiyalı həmkarları Sergey Şoyqu və Sergey Lavrovla görüşdüyü zamana təsadüf edib.

Rusiya, əhəmiyyətli sübutların olmasına baxmayaraq Ukrayna münaqişəsində tərəf olmadığını təkid edir.

Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşun yerləşdirməsi Kyivin və Ukraynanın Qərb tərəfdaşlarının narahatlığına səbəb olmuşdu.

Bundan əlavə Rusiyanın Ukraynanı yan keçərək Qərbi Avropanı enerji ilə təchiz edən Şimal Axın 2 boru kəməri də Ukraynada gərginliyi artırıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG