Accessibility links

Putin Baydenlə görüşü ‘konstruktiv’ adlandırıb


ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin Cenevrədəki zirvə görüşünü başa vurublar.

Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransında tərcüməçi vasitəsilə danışan Putin görüşü "konstruktiv" olaraq xarakterizə edib və "heç bir düşmənçilik olmadığını" deyərək, ABŞ liderini "konstruktiv bir şəxs, balanslı və təcrübəli siyasətçi" adlandırıb.

Putin gərginliyi azaltmaq üçün Baydenlə səfirlərini vəzifələrinə qaytarmaq barədə razılığa gəldiklərini deyib. ABŞ səfiri Con Sallivan və Rusiya səfiri Anatoli Antonov bu ilin əvvəlində ABŞ-Rusiya münasibətlərinin pisləşməsi fonunda geri çağırılmışdılar. Onların hər ikisi də görüşün P+5 hissəsinə qatılıb.

Putin hər iki tərəfin də strateji sabitlik və kiber təhlükəsizlik mövzusunda məsləhətləşmələrə başlayacağını deyərək, nüvə gücləri kimi ABŞ və Rusiyanın münasibətləri qorumaq üçün xüsusi məsuliyyət daşıdığını qeyd edib.

Ukraynanın NATO-ya üzvlüyü və Putinin tənqidçisi Aleksey Navalnı məsələsi diqqət çəkən məqamlar olub.

“Bu şəxs Rusiyanın qanunlarını pozduğunu bilirdi. İki dəfə mühakimə olundu” - deyə, Putin Navalnı haqda danışarkən bildirib. Bunu edərkən Rusiya lideri müxalif fəalının adını ucadan səsləndirməmək vərdişinə sadiq qalıb.

Rusiyanın rəsmi mövqeyini təkrarlayan Putin Navalnının keçən il məlum şəkildə “Noviçok” maddəsindən zəhərləndikdən sonra huşsuz halda xaricə getməsi və tələb olunduğu kimi Rusiya rəsmiləri ilə görüşə bilməməsi ilə zaminlik şərtlərini pozduğunu deyib.

Putin Ukrayna məsələsinin də müzakirə edildiyini bildirib. Ancaq Kiyevin NATO-ya üzvlüyünə gəlincə, Rusiya prezidenti "Mən orada müzakirə ediləcək bir şey olmadığını düşünürəm" deyib.

Baydenin NATO liderləri ilə bazar ertəsi sammitindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun ölkəsinin ittifaqa qoşula biləcəyi ilə razılaşdığını bildirib və bu, bəzi təhlilçilərin Putinin çərşənbə sammitini ləğv edə biləcəyinə dair düşüncələrinə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG