Accessibility links

Putin Ukraynanın cənubunda sakinlərə vətəndaşlıq verilməsini sürətləndirib


Rusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin

Prezident Vladimir Putin çərşənbə günü Ukraynanın iki regionunun sakinlərinə vətəndaşlıq verilməsini sürətləndirib. Kyiv bu addımın ölkənin suverenliyini pozuduğuna görə etiraz etib.

Putin Rusiya qoşunlarının tam nəzarəti altında olan cənub Xerson vilayətinin və qismən Moskvanın nəzarətində olan cənub-şərqdəki Zaporojjya bölgəsinin sakinlərini əhatə edən fərman imzalayıb.

Moskva və Moskvayönlü rəsmilər hər iki bölgənin Rusiyanın bir hissəsi ola biləcəyini bildirib.

“Sadələşdirilmiş sistem hamımıza Rusiyanın nəinki uzun müddət, əbədi olaraq burada qalacağını aydın şəkildə görməyə imkan verəcək”, - Xerson vilayətinin Moskva tərəfindən təyin edilmiş rəhbərinin müavini Kiril Stremousov Rusiyanın RİA Novosti dövlət xəbər agentliyinə bildirib.

“Biz Rusiya prezidenti Vladimir Putinə bizim üçün etdiyi hər şeyə görə, indi azad edilmiş tarixən rus torpaqlarında rus xalqını qoruduğuna görə çox minnətdarıq”, - o əlavə edib.

O, bildirib ki, yeni hakimiyyət “böyük Rusiya ailəsinə qoşulmaq” istəyənlərə kömək etmək istəyir.

Ukrayna Xarici İşlər Nazirliyi “pasportların qanunsuz verilməsinə” dərhal etiraz edib.

Bu addım “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün, habelə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - bəyanatda deyilir.

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Ned Prays bu planın “Rusiyanın Ukrayna xalqının iradəsinə zor tətbiq etmək cəhdinin” bir hissəsi olmasından narahatlığını dilə gətirib.

Prays jurnalistlərə "Bu, bizim qətiyyətlə rədd edəcəyimiz bir şeydir", deyib.

Çərşənbə günü dərc edilən rəsmi sərəncam, Ukraynanın şərqində özünü Donetsk və Luqansk Xalq Respublikaları elan etmiş separatçı bölgələrin sakinləri üçün eyni sürətli prosedura icazə verən 2019-cu il fərmanının davamıdır.

Müraciət edənlərdən Rusiyada yaşamış olmaq, kifayət qədər vəsait təqdim etmək və ya rus dili imtahanından keçmək tələb olunmur.

Stremousov bildirib ki, müraciətlərə üç ay ərzində baxılacaq və Xerson vilayəti artıq Rusiya pasportlarının verilməsi üçün mərkəzlərin işə salınması üzərində çalışır.

Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir neçə yüz min sakini artıq Rusiya pasportu alıb.

Bazar ertəsi Xerson hakimiyyəti rublu Ukrayna qrivnası ilə yanaşı rəsmi valyuta kimi təqdim edib. Çərşənbə günü Moskva tərəfindən təyin olunmuş rəsmilər eyni tədbiri Zaporijjya bölgəsinin bəzi yerlərində elan ediblər.

XS
SM
MD
LG