Accessibility links

Putin Kim Conq Unu İkinci Dünya Müharibəsinin xatirə medalı ilə təltif edib


Rusiya prezidenti Vladimir Putin nasist Almaniyasl üzərində qələbənin 75-ci ilnönümü münasibətilə Kim Conq Unu xatirə medalı ilə təltif edib. Bu barədə çərşənbə axşamı Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.

Medal Şimali Koreya liderinə Şimali Koreya ərazisində ölən Sovet əsgərlərinin xatirəsinin qorunmasında oynadığı rola görə verilib.

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora medalı çərşənbə axşamı ölkənin xarici işlər naziri Ri Son-qvona təqdim edib. Bu ayın əvvəli xəstələndiyinə dair şayiələr gəzən Kim mərasimdə iştirak etməyib.

Pxenyanda keçirilən görüşün şəkillərində Rusiya və Şimali Koreya rəsmilərinin üz maskaları taxdıqları göstərilib, baxmayaraq ki, Şimali Koreyada koronavirusa yoluxma halı barədə heç bir məlumat verilməyib.

Rusiya ötən il mayın 9-da Kimi Moskvaya qələbənin 75-ci ildönümü münasibətilə keçirilən hərbi paradda iştirak etməyə dəvət etmişdi. Putin ötən ay paradın koronavirus səbəbilə təxirə salındığını elan edib.

Şimali Koreya lideri 2015-ci ildə, ölkədaxili məsələləri səbəb gətirərək, Qələbə Gününün 70-ci ildömünə həsr olunmuş tədbirə dəvəti rədd etmişdi.

XS
SM
MD
LG